
Yenidən sosial şəbəkələrdə yol polisinin sürücülərlə yaşadığı problemi əks etdirən video paylaşılıb
Yenidən sosial şəbəkələrdə yol polisinin sürücülərlə yaşadığı problemi əks etdirən video paylaşılıb. ANS PRESS-in məlumatına görə, videoda sürücü yol polisi işçiləri tərəfindən həbs olunub. Onun əllərini qandal ilə bağlayıblar.
Bölmədə olan sürücü yol polisilə mübahisə edir. Vətəndaş polisə nəyisə başa salmaq istəyir. Bu zaman yol polisi vətəndaşı ələ səlmağa başlayır. “A kos-kosa gəlsənə”, - deyərək polis vətəndaşı lağa qoyur. Əsəblərinə hakim olan bilməyən şəxs isə polisi təhqir etməyə başlayır. Bundan sonra yol polisi vətəndaşı vurmağa başlayıb.
Qeyd edək ki, saxlanılan şəxsin sərxoş olduğu görünür.
Deyilənlərə görə, video Cəlilabad rayon Dövlət Yol Polis İdarəsində çəkilib. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bu barədə məlumatlı olduqlarını bildirib.
“Səhər mənə bu barədə deyiblər. Həmin videoya baxmamışam. İndi yoldayam, internetə baxmağa imkanım yoxdur. Düşünürəm belə hallar yol hadisələrinin artmasına səbəb olacaq”, - deyə Kamran Əliyev bildirib.
Qaynar.info