Xəbər lenti

Yol polisi ilə bağlı yeni maraqlı iddia - VİDEO
Ölkə12:47 25.04.2014

Yol polisi ilə bağlı yeni maraqlı iddia - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yol polisi sürücüdən balıq alır

Sosial şəbəkələrdə yol polisilə bağlı yeni maraqlı videolar yayılıb. 

ANS PRESS-in məlumatına görə, “Facebook” sosial şəbəkəsində “Sancaq” qrupunda Mehman Hüseynov adlı istifadəçi Azərbaycanda yol polisinin rüşvəti pul ilə deyil, balıqla alması barədə məlumat yerləşdirib. İstifadəçi daha sonra həmin hadisəni əks etdirən video paylaşıb.

Video telefon vasitəsilə çəkilib. Həvəskar çəkilişdən görünür ki, yol polisi “Niva” markalı avtomobil saxlayır. Yol polisi sürücü ilə danışır və sonradan onun nə aparması ilə maraqlanıb. Daha sonra sürücü maşındakı balıqlardan ikisini yol polisinə verib.