
Teymur adlı yol polisinə tapşırığı kim verib?
Bu gün bir neçə sürücü Qaynar.info-nun redaksiyasına zəng edərək qanunsuzluqla üzləşdiklərini bildiriblər.
Onların dediyinə görə Bakı-Astara magistralının Masallı rayonu ərzisində 10 YP 873 dövlət nömrə nişanlı polis maşınını idarə edən Teymur adlı DYP əməkdaşı qanunsuz olaraq, onları cərməliyib.
Hadisənin səhər saatlarında baş verdiyini deyən sürücülərin sözlərinə görə, özünü Teymur adı ilə təqdim edən polis əməkdaşı sürücülərdən yol hərəkəti qaydasını pozduqlarına görə rüşvət tələb edib, onlar da qanunu pozmadığını və heç bir halda rüşvət verməyəcəklərini dedikdə, protokol tərtib edərək onları cərimələyib: "Kim pul verirsə, onu buraxır, kim vermirsə, cərimələyir. Deyirik, axı biz qanunu pozmamışıq. Deyir, mənə nağıl danışmayın. Ya pulu verin, ya da cərimə yazıram".
Sürücülər bunun səbəbini soruşanda isə Teymur adlı həmin DYP əməkdaşı hər gün plan verməli olduqlarını, buna görə xüsusi tapşırıq aldıqlarını, bir sözlə, məsələnin ondan asılı olmadığını deyib.
Bundan sonra sürücülər rəsmi qaydada Daxili İşlər Nazirliyinə və şəxsən Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edəcəklərini desələr də, DYP əməkdaşı buna məhəl qoymayıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info