Xəbər lenti

Yol polisindən anormal qərar
Ölkə06:24 19.03.2016

Yol polisindən anormal qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Novruz bayramı tədbirlərinin keçirilməsi ilə əlaqədar Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Lakin paytaxtda yol polisi tərəfindən əvvəlcədən hərəkətin məhdudlaşdırılacağı elan edilməmiş yollar və ərazilərdə də nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Məsələn, yol polisi Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Badamdar şossesinin Ələsgər Ələkbər küçəsi ilə kəsişməsindən N.Nərimanov heykəlinə doğru və bitişik digər küçələrdə də nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıraraq sürücülərə istiqaməti dəyişməli olduqlarını bildirir.

Qeyd edək ki, yol polisi əvvəlcədən elan etmişdi ki, bayram şənliklərinin keçirildiyi istiqamətlər üzrə hərəkət edən əhali, avtomobil sahibləri və sürücülər, bayram tədbirləri çərçivəsində keçirilən şənliklərə, konsert proqramlarına və atəşfəşanlığa qatılmaq istəyənlər və ya adıçəkilən istiqamətlər üzrə hərəkət edənlər şəxsi avtomobillərlə yox, ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük verməlidirlər. Lakin məsələ bundadır ki, qeyd edilən istiqamətlərdə heç ictimai nəqliyyatın da hərəkətinə icazə verilmir. Ona görə də bayram şənlikləri bir yana qalsın, işinin-gücünün dalınca gedən insanlar avtomobil və avtobuslardan düşərək məcburən uzun məsafələri piyada qət etməli olurlar. Məsələn, insanlar Parlament prospekti ilə Badambar şossesinin kəsişməsində Respublika İncəsənət Gimnaziyasının qarşısından (keçmiş M.Əzizbəyov heykəlinin yanı) metronun "İçərişəhər" stansiyası istiqamətində piyada getməli olurlar.

Nəzərə almaq lazımdır ki, bunu yalnız sağlamlığı nisbətən imkan verənlər edə bilirlər. Digərləri isə peşman olub narazı şəkildə geri qayıtmalı olurlar...milli.az

Qaynar.info