Xəbər lenti

Yol polisindən qaçmaq istəyən sürücü qəza törətdi
Ölkə10:30 22.05.2015

Yol polisindən qaçmaq istəyən sürücü qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtoxuliqanlıq edərək yol polisindən qaçmaq istəyən sürücü qəza törədib. "Report" xəbər verir ki, Yasamal rayonu ərazisində 5 mərtəbə adlanan yerdə yol polisinin əməkdaşları "BMW" markalı maşına saxlama işarəsi veriblər. Amma sürücü hərəkəti davam etdirərək qaçmağa çalışıb.
Yasamal rayonu "Sovetski" adlanan ərazidə isə sürücü idarəetməni itirərək maşını yol kənarındakı tikilinin divarına çırpıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Sürücü izahatının alınması üçün polis bölməsinə aparılıb.
Qaynar.info