Xəbər lenti

Yol Polisindən "yağış müraciəti"
Ölkə06:39 27.02.2013

Yol Polisindən "yağış müraciəti"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yağıntılı hava şəraiti ilə əlaqədar paytaxt yollarında bu saata kimi heç bir problem yaranmayıb.

V.Əsədov sürücülərə müraciətində bildirib ki, yağıntılı hava ilə əlaqədar olaraq avtomobilləri minimum surətlə idarə etsinlər, həmçinin yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən yağış suyunu piyadaların və nəqliyyat vasitələrinin üzərinə vurmasınlar. V.Əsədov bu kimi qanun pozuntusunu edən sürücülərin məsuliyyət daşıdığını bildirib.