Xəbər lenti

Yol polisini maşın vurdu
Ölkə19:32 10.10.2016

Yol polisini maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə xidməti vəzifəsini həyata keçirən yol polisi əməkdaşını avtomobil vurub.
Hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

Xidmət zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru Şakir Həsənov “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib. Qəzanı törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(APA)

Qaynarinfo.Az