Xəbər lenti

Yol polisini vurdular: vəziyyəti ağırdır
Ölkə07:45 19.07.2017

Yol polisini vurdular: vəziyyəti ağırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallıda Dövlət Yol Polisi Yol Patrul Xidmətinin əməkdaşları, sərxoş sürücülərə qarşı reyd keçirən zaman DYP əməkdaşını avtomobil vurub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, Yol Patrul Xidmətinin Baş serjantı Eynal Qoşqarov, xidməti vəzifəsini yerinə yetirərkən onu avtomobil vurub.

O, ağır xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E. Qoşqarova ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Baş verən hadisənin qəsdən törədildiyi ehtimal olunur. Polisin verdiyi məlumata əsasən, hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi həmin şəxsin saxlanılması istiqamətində iş aparır.

Qaynarinfo.Az