Xəbər lenti

Yol polisləri polkovniki döydülər - Bakıda
Ölkə10:56 03.03.2016

Yol polisləri polkovniki döydülər - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər.

Qaynar.info sputnik-ə istinadən xəbər verir ki, hadisə Yeni Günəşli massivində baş verib. Dövlət Yol Polisi Suraxanı rayon şöbəsinin əməkdaşları nazirliyin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsident zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.

Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı Rayon Prokurorluğuna göndəriləcək.

Qaynar.info