
Bakıda əsəbi vətəndaş qanını polisin üzərinə töküb.
Hadisə bu gecə Nəsimi rayonu ərazisində, azadlıq prospektində baş verib. Metronun 28 May stansiyasının yaxınlığında yol polisi ilə vətəndaş arasında münaqişə yaranıb. Polisə etiraz edən kişi damarlarını doğrayıb. Polis ona yaxınlaşanda isə söyərək uzaq durmasını, ona yaxınlaşamamasını tələb edir.
Hadisənin hansı səbəbdən baş verməsi isə məlum deyil. Hadisə şahidi bildirib ki, polis piyadanı yol qaydalarını pozduğuna görə cərimələyib və məhz buna görə həmin kişi özünü doğrayıb.Qaynarinfo.Az