Ölkə 16:11 09.08.2022

Yol qəzaları can almaqda davam edir: 6 ayda 336 ölüm

Azərbaycanda 6 ayda 336 ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib.
 
Ekspert bildirib ki, bu ilin yanvar-iyun aylarında ölkədə 817 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

"Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox olan bir göstəricidir. Hadisələrin də sayı artıb, hadisələr nəticəsində zərər çəkən şəxslərin də - zərər çəkənlər 12,2 faiz artaraq 1109 nəfər olub. Onlardan 336-sı həlak olub, 773-ü isə yaralanıb. Hadisələrin 48,8 faizi gündüz, 37,1 faizi gecə, 14,1 faizi isə toran vaxtı baş verib, 29,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib”.

Bahar Rüstəmli