Xəbər lenti

Yol qəzası: 2 yaralı
Ölkə13:57 12.07.2013

Yol qəzası: 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ucarda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində yüksək sürətlə hərəkət edən “Opel” markalı minik maşını idarəetməni itirərək əvvəlcə yol kənarındakı beton piltələrə çırpılıb, daha sonra isə yaxınlıqdakı su kanalına düşüb. Nəticədə maşında olan sərnişinlər – 1987-ci il təvəllüdlü Vəliyeva Aynur Camal qızı və 2005-ci il təvəllüdlü Vəliyeva Solmaz Saleh qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Qaynar.info