
Bakıda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Binə qəsəbəsində qeydə alınıb. Tərlan Ağayevin idarə etdiyi “VAZ 21-06” markalı avtomobillə Vladimir Lazarenkonun idarə etdiyi motosiklet toqquşub. Xəsarət alan Vladimir Lazarenko və sərnişini Fuad Allahverdiyev xəstəxanaya yerləşdirilib.
V. Lazarenkonun həyatını xilas etmək mümkün olmayıb.