Taekvando üzrə beynəlxalq yarışların qalibi, tanınmış idmançı Fəqan Umudovun külli miqdarda vergi borcu var.
Qaynarinfo xəbər verir ki, Fəqan Umudovun bu günə olan vergi borcu nə az, nə çox - 222 203.56 AZN təşkil edir.
Fəqan Umudov bir müddət əvvəl 3 nəfərin ölümü ilə nəticələnən qəza törətməklə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatda bildirilirdi ki, Fəqan Umudovun idarə etdiyi "Land Rover” markalı 90-KX-010 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək, Hüseynov Ağababa Baba oğlunun sükan arxasında olduğu "Zaporojets”, Mövsümov Vahidin idarə etdiyi "Daeowo” və Qasımov İsgəndər Zabir oğlunun idarə etdiyi "Lexus” markalı avtomobillərlə toqquşub.
Zərbənin təsirindən "Zaporojets” markalı avtomobil alışıb. Ətrafdakıların köməyi ilə maşında olan 3 ağır yaralı sərnişin avtomobildən çıxarılıb. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.
Fəqan Umudov həmin vaxt Taekvando Federasiyasında kurator vəzifəsində işləyib.
2015-ci ildə baş verən həmin qəzanın görüntülərini təqdim edirik.