Xəbər lenti

Yol terroru davam edir: 6 ölü, 18 yaralı
Ölkə09:50 18.01.2015

Yol terroru davam edir: 6 ölü, 18 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şənbə günü Respublika yollarında ağır yol qəzaları baş verib.

Yanvarın 17-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 6 nəfərin həyatına son qoyub. 

Qaynar.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə gün ərzində ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 6 nəfərdən başqa 18 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölümlə nəticələnən qəzalar Yevlax, Sumqayıt, Quba, Ucar, Göygöl və Xızıda baş verib.

Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.

Qaynar.info