Xəbər lenti

Yolda işləyən kran Bakıda tıxaca səbəb oldu (FOTO)
Ölkə12:36 03.02.2021

Yolda işləyən kran Bakıda tıxaca səbəb oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda paytaxtın Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat paylaşıb.
O bildirib ki, nəqliyyatın sıxlığına səbəb kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsidir: 
"Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.
Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq”.