Xəbər lenti

Yoluxanların sayı açıqlandı
Ölkə15:42 08.06.2021

Yoluxanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327387 nəfər müalicə olunaraq sağalıb, 4947 nəfər vəfat edib, aktiv xəstə sayı 2515 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8655, ötən müddət ərzində isə ümumilikdə 3581073 test aparılıb.