Ölkə 17:31 03.02.2023

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 24 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 760 nəfər müalicə olunaraq sağalıb, hazırda 188 aktiv xəstə var. Bu günə qədər 10 094 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 982, bu günə qədər isə ümumilikdə 7 493 215 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 258 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 85, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 109, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 943 307, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 554, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 200, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 252, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 301 nəfər təşkil edir.