Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.
Son gündə koronavirus əleyhinə 68 204 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 370, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 834 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 739 342, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 380 387, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 358 955 təşkil edir.