Xəbər lenti

Yorulduq, dəlilər və axmaqlar! - KÖŞƏ
Ölkə11:28 08.10.2013

Yorulduq, dəlilər və axmaqlar! - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İdris Heydərli

Yorulduq, dəlilər və axmaqlar!

Yorulduq.

Qara rəngin cənginə keçəli qapqara görnüşümüz,qapqara içimiz var. Dünyanın ikinci bu qədər qara geyən milləti yoxdur. Geyim şirkətləri qara parçalarını ancaq bizim üçün istehsal edir, deyəsən.

Günümüzün qara təqvimli günləri bitmir. Bayramlarımız belə qaradır.

Yorulduq.
Tv-miz üzqarası, mətbuat söz qarası, netdə bir azacıq nəfəs var idi, o da zamanla "ala-bula"laşır.

Yorulduq.
Din dərsi keçənlər də Qara molla oldular. Allahın sözü belə bu məmləkətdə Qara kitaba döndü.

Nə edək?
Kimi pul qazanmaqdan, kimi pul arxasınca qaçmaqdan, kimi yeməkdən, kimi yemək düşünməkdən... bu ölkədə hamı yorulub, hər kəs YORĞUN.

Nədir buna səbəb?
Yalan ola blərmi? Bəlkə də, qorxu? Bəlkə də... Səbəblər tapılmalıdır.

"Dəli" var, "axmaq" var... Dəli ağlına gələni deyib ona ağlına gələn cavabı verəndir. Axmaq isə heç bir fikri və cavabı olmayandır. Dəli hərəkət edən, danışan, etiraz edəndir. Axmaq isə hərəkətsizdır.

"Dəlisən, otur yerində", - deyəcəklər doğru danışsan belə...

"Ay axmaq, sən də bir yerdən bas ye", -  deyəcəklər.

Ya da bir kəlmə ilə söhbəti bağlayacaqlar: "Sus".

...dəlilər və axmaqlar, yorulmadınızmı?