Xəbər lenti

Yoxlama aparıldı, müdir işdən çıxarıldı
Ölkə14:05 03.02.2025

Yoxlama aparıldı, müdir işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, nəzarət-yoxlama tədbirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən aparılıb.
Aparılmış nəzarət-yoxlama tədbirlərinin nəticəsinə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov tutduğu vəzifəsindən azad edilib.