Xəbər lenti

Yük avtomobili aşdı: tonlarla kartof yola töküldü - FOTO
Ölkə17:21 18.01.2017

Yük avtomobili aşdı: tonlarla kartof yola töküldü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 18:45 radələrində Bakı-Qazax magistralının 385-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo.Az "ARB Kəpəz"ə istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan Ağcabədi rayon sakini Cabir Mövsümov idarə etdiyi "QAZ-53" markalı avtomobili aşırıb. 
Nəticədə avtomobilin yük yerində olan 5 ton kartof isə yolun hərəkət hissəsinə tökülüb. Hadisə anı xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Yolda avtomobillərin hərəkəti çətinləşib.
Qaynarinfo.Az