Xəbər lenti

Yük avtomobili ilə motosiklet toqquşdu, Rusiya vətəndaşı öldü
Ölkə09:36 16.01.2026

Yük avtomobili ilə motosiklet toqquşdu, Rusiya vətəndaşı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.