Xəbər lenti

Yük maşınları toqquşdu - Xəsarət alan var
Ölkə06:05 05.03.2016

Yük maşınları toqquşdu - Xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürdəmir rayonunda yük avtomobillərinin iştirakı ilə yol qəzası baş verib. 
 Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Atakişili kəndində 2 “SHACMAN” markalı yük avtomobili toqquşub.
Nəticədə, yük avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. 
Qaynar.info