Xəbər lenti

Yüksək vəzifəyə təyin edilən şəxs Ramil Səfərovun qardaşı imiş
Ölkə 11:22 06.10.2023

Yüksək vəzifəyə təyin edilən şəxs Ramil Səfərovun qardaşı imiş

Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vəzifəyə təyin edilən polkovnik İlqar Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır.

İlqar Səfərovun atası Sahib Səfərov Qaynarinfo-ya açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib. 

Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->