Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir.
Ancaq bu artım butun mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildirib.
Alıcılar isə yumurtanın qiymətindəki artımın olduca böyük olduğundan şikayətlənirlər.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, yumurtanın bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır. Yemin qiyməti bahalaşdığı üçün istehsalcılar eyni həcmdə yumurtanın qiymətini qaldırmağa məcbur olublar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər