Xəbər lenti

AMEA Naxçıvan Bölməsinin 3 şöbə müdiri işdən çıxarıldı (SƏBƏB)
Ölkə 18:08 25.09.2024

AMEA Naxçıvan Bölməsinin 3 şöbə müdiri işdən çıxarıldı (SƏBƏB)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifələrindən azad olunub.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Nuray Yadigar qızı Əliyeva, tarix üzrə fəlsəfə doktoru Asəf Yunis oğlu Orucov və tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Həmçinin AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qafar Tahar oğlu Qənbərov da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifədən azad edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->