Xəbər lenti

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv etdi
Ölkə10:54 04.07.2021

Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yunanıstanın mülki aviasiyası beş ölkənin vətəndaşlarını öz ərazisinə giriş məhdudiyyətlərindən azad etdiyi siyahıya salıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə "Greek City Times” bildirib.
Agentliyin məlumatına görə, söhbət Azərbaycan, İordaniya, Moldova, Bruney və Ermənistan vətəndaşlarından gedir. Bundan əvvəl siyahıya Avropa Birliyi ölkələri və Şengen zonası daxil edilib.