Xəbər lenti

Yusif Mustafayev efirə çıxdığına görə üzr istədi
Ölkə09:49 01.08.2014

Yusif Mustafayev efirə çıxdığına görə üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yusif Mustafayev bu gün Xəzər TV-də səhər verilişinə qonaq olmasına aydınlıq gətirib.

"Qafqazinfo"ya açıqlamasında ifaçı əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:

"Səhər telekanala getdim, əsgərlərimizin şəhid olmasından xəbərsiz idim. Heç kim bizə heç nə demədi. Evə gəldim uşaqlarım dedi ki, 8 şəhid vermişik. Mən Azərbaycan xalqından üzr istəyirəm. O qədər qansız deyiləm ki, şəhid verdiyimiz halda televiziyaya çıxıb qol açıb oynayım.  Hər zaman vətən mövzularında həssas olmuşam, əsgərlərimiz üçün təşkil edilən tədbirlərdə canla-başla iştirak etmişəm. Səmimiyyətimə inanın, mənim xəbərim olmayıb."

Qaynar.info