Ağdaş rayonu Elman Əliyev adına yuxarı Ləki kənd orta məktəbindən "Qaynar.info" saytının elektron ünvanına şikayət məktubu daxil olub.
Adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, Elman Əliyev adına məktəb yuxarı Ləki kəndində yeerləşən yeganə orta məktəbdir: "Məktəb fəaliyyətini sovet dövründən bu yana davam etdirir. Müstəqillikdən sonra ilk on illik ərzində məktəbin orta statisik bilik göstəricisi qənaətbəxş olub. Amma 200-ci il dən yeni rəhbərliyin məktəbə gəlməsi ilə, olan qalan təhsil sistemi də məhv edildi. Rüşvətxorluğun artması, təhsilə dırnaqarası yanaşmanın nəticəsində son 5 ildə məktəbdən universitetə qəbul olunan şagirdlərin sayı biabırçı həddə enib. Son 5 ildə universitetə cəmi 10 nəfər sənəd verib, bunlardan da 5 nəfəri elə də yüksək olmayan balları universitetlərə qəbul olublar. Ən dəhşətlisi isə artıq 9-cu sinifdə dərslərdə oğlan uşaqları tapılmır. Bu vəziyyət məktəb direktorunu isə narahat etmir. Gənclər dərslərə gəlməyə-gəlməyə qiymət alır, adları jurnallarda gedir".
Şikayətçinin sözlərinə görə, direktor Zeyneb Talibova müəyyən pulun qarşılığında müəllimlərin məktəbə gəlməməsinə də şərait yaradıb: "Bundan başqa məktəbdə direktorun öz oğlu ihərbi təlim və bədən tərbiyyəsi kimi dərsləri tədris edir. Amma oğlu başqa işlə məşğul olduğundan məktəbə gəlmir. Bu fənlər isə hər zaman məktəbdə boş olur. Rayon rəhbərliyi bu vəziyyətdən xəbərdar olsa da, amma bu məsəni həl etmirlər".
Şikayətçi sonda qeyd edir ki, biz istəyirik kəndimizin gəncləri savadlı olub, ölkə təhsilə öz töhvələrini versinlər. Buna görə xahiş edirik ki, Təhsil Nazirli cənab Mikayıl Cabbarov bu məsələni diqqətə götürsün.
Qarşı tərəfin fikirini dərc etməyə hazırıq. Qaynar.info