
Tanışının 100.000 dollardan artıq pulunu mənimsəyən qadın 9 il cəza alıb.
Qaynar.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə Bakı şəhər sakini Simuzər İbrahimovanın CM-nin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
İttiham aktına əsasən, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən Simuzər İbrahimova Bakı şəhər sakini Nurəngiz Hüseynzadənin etibarından sui istifadə edərək ondan 62.500 manat və 32000 dollar pulu alıb və sonra müxtəlif bəhanələrlə həmin məbləği qaytarmayıb.
Zərərçəkənin şikayətindən sonra 2014-cü il mayın 18-də Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadın tutulub və istintaqa təhvil verilib.
Məhkəmənin hökmü ilə S. İbrahimova 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qaynar.info