
Bəzi heyvanlar var ki, müxtəlif səbəblərdən öz bədənlərinin müəyyən hissələrini yeyirlər.

Bu peyğəmbər dəvəsi hər hansı bir yerini yemir, sadəcə özünü təmizləyir. Çoxu insan həyatının bir dövründə dırnaqlarını yemişdir. Bəzi canlılar isə müxtəlif səbəblərlə bədənlərinin çox daha böyük hissələrini yeyə bilir. Heyvanlar aləmində bir çox canlı kannibalizm xüsusiyyətləri daşıyır, həyatda qalmaq, ya da hakimiyyətini davam etdirmək üçün öz növünün üzvlərini yeyir.
Amma kannibalizmin çox daha dəhşətli nümunələri də var. Bəzi heyvanlar öz bədənlərindən parçalar yeyir. Bu maraqlı davranış "özünü yemək" adlanır. Bəs heyvanlar niyə belə hərəkət edirlər?
Heyvanların aclıqdan öz bədənindən hissələri yediyi görünməmişdir. Amma tələyə qısılmış bir çox heyvanın xilas olmaq üçün ayağını və quyruğunu gəmirib qopardığına çox rast gəlinmişdir. İt, ayı və meymunların hər hansı bir yerə ilişən qol və ayaqlarını xilas etmək üçün dəri, əzələ, sinir və sümüklərini gəmirdiyi olunmuşdur.

Bu qara Asiya ayısı ayağını tələyə salaraq itirib. 2007-ci ildə Sumatra bir milli parkda şəkili çəkilən pələngin ön pəncəsinin olmadığı görülmüş, tələdən xilas olmaq üçün öz pəncəsini gəmirdiyi təxmin edilmişdi. Amma bunların heç biri özünü yemək deyil. Həmin heyvanlar ölməkdənsə qalan bədən üzvlərini qoparıb xilas olmağı seçmişdir.
Ancaq bədənlərinin hissələrini yeyən heyvanlar da var. Kombinezonlar kimi tanınan və okeanda yaşayan sadə dəniz heyvanları, qurbağa qurduna bənzər bir halda bir qayaya yapışaraq həyatını orada davam etdirir. Eynilə tırtıllar kimi onlar da dəyişiklik keçirir. Yetkin formalarının içi də xarici da ilk halında tamamilə fərqlidir.

Okeanda yaşayan kombinezonlar da tırtıl kimi dəyişikliyə uğrayar, həddi-buluğa çatanda sürfə sinir çıxıntısını itirir. Baramanın bədəni boyu uzanan sinir və ucundakı "beyinvari düyün, işığı və yerin cazibə qüvvəsini hiss etməsini və yapışacaq yer tapmasını təmin edir. Yetkinlikdə bunlara ehtiyac qalmadığından bu parçaları yeyib başqa orqanlara çevirir.
Quyruq yeyən ilanlar
İlanlar isə öz quyruqlarını yeyir. Başqa ilanları yeyən kral ilanı və ya siçan ilanı bəzən öz quyruqlarını başqa bir ilan zənn edib udmağa çalışır. Bu qərəzli bir özünü yemə olmur, əlbəttə. Xüsusən quyruq bulayan növlərdə quyruqlarını ov zənn edib hücum etmə hadisəsinə daha çox rast gəlinir. Bəzi ilanlar isə dəri dəyişdirərkən çıxan köhnə dərini yeyir. Quyruq hissəsi hələ də bədəninə yapışıq ola bilir. Bu halda öz quyruğunu yeməyə davam edə bilir.

Buradakı kobra ilanı dişisini yeyir. Ancaq bəzi ilanların öz quyruqlarını ov zənn edib udmağa çalışdığı da olur. Ovunu sıxaraq öldürən ilanlarda ovun qoxusu bədənlərinə sindiyi üçün bu yanılma ehtimalı artır. Yəni ilanlardakı quyruq yemə də qərəzli olmur əslində.
Pişiklər və bir çox məməli heyvan isə doğuş zamanı və sonra öz plasentasını yeyir. Bunun səbəbi tam olaraq bilinmir. Bəziləri heyvanların bunu doğuşdan sonra ağrılarını azaltmaq üçün etdiyini deyir. 2015-ci ildə aparılan bir tədqiqatda isə bəzi qadınların ağrılarını azaltmaq, doğum sonrası depressiyaya düşməmək və artıq süd istehsal etmək məqsədilə öz plasentalarını yediyi bildirilirdi.

Bir çox məməli kimi pişiklər də doğumdan sonra öz plasentasını yeyir. Beləliklə insan, heyvanlar aləmində öz bədənlərindən bilərək və istəyərək bir tikə yeyən canlılar baxımından nadir bir nümunə yaradır. Araşdırmanı aparan Cynthia Koyl tarixdə bunun nümunələrinə rast gəlinmədiyini və bunun xüsusilə Qərb mədəniyyətlərində son dövrlərdə inkişaf edən bir tətbiq olduğunu deyir. Koyl həmçinin plasenta yəmənin sağlamlığa hər hansı bir faydası olduğuna dair məlumatlara rast gəlmədiyini bildirir.(publika.az)
Qaynarinfo.Az