Xəbər lenti

Öz evindən oğurluq edib polisə xəbər verdi
Ölkə07:05 16.07.2013

Öz evindən oğurluq edib polisə xəbər verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Öz evindən oğurluq edən Sumqayıt sakini tutulub. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vüsal Kamil oğlu Ağayev Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verərək evindən həyat yoldaşının 2000 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini V. Ağayevin özünün törətdiyi müəyyənləşib. V. Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info