Xəbər lenti

Üz-gözünü it parçalayan uşaqdan xəbər var
Ölkə19:00 29.04.2019

Üz-gözünü it parçalayan uşaqdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it küçədə, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Heyvan uşağın üz nahiyəsini parçalayıb.
Qaynarinfo milli.az-a istinadən bildirir ki, azyaşlının səhhəti ilə bağlı son durumu öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı 1 saylı Kliniki Tibbi Mərkəzin Üz-Çənə Cərrahiyyəsi şöbəsinin həkimi Məhəbbət Cəfərovla danışıb. O, artıq uşağın üzündəki tikişlərin söküldüyünü deyib.
"Uşağın yaraları, tamamilə sağalıb. Bizim tərəfimizdən ediləcək müalicələr isə başa çatıb. Bir qədər gözünün üstündə şiş olsa da, sağalma prosesi gedir. Uşaq görə bilir. Bu gün də göz həkimləri onun son durumu ilə maraqlanacaqlar" - deyə M.Cəfərov əlavə edib.
İmmunitetinin aşağı düşməməsi, qrip və bu kimi digər yoluxucu viruslardan qorunması üçün Hüseyn Məmişov xəstəxanada qalır.
"Hazırda uşaq xəstəxanada, şöbədədir. Hələ ki, onun evə buraxılmasına icazə yoxdur" - deyən həkim azyaşlıda quduzluq əlamətinin olmadığını və sabah ona yenidən vaksinlərin vurulacağını qeyd edib.