Xəbər lenti

Zabit tağım komandirini bıçaqladı
Ölkə08:34 30.12.2013

Zabit tağım komandirini bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvanda Fövqəladə Hallar Nazirliyinin zabiti tağım komandirini bıçaqlayıb.

Şirvan şəhər polis idarəsindən AzVision.az-a verilən məlumata görə, dünən saat 21 radələrində Şirvan şəhər sakini 1988-ci il təvəlüdlü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Musayev Samir Zahid oğlu əlində olan cib bıçağı ilə həmin şəhər sakini 1988-ci il təvəllüdlü Müdafiə Nazirliyinin tağım komandiri Quluyev Fuad Elman oğluna xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hazırda Musayev Samir Zahid oğlunun tutulması istiqamətində polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfındən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qaynar.info