Xəbər lenti

Zabitlərimizin maaş məsələsinə aydınlıq gətirildi – Rəsmi
Ölkə11:16 18.06.2014

Zabitlərimizin maaş məsələsinə aydınlıq gətirildi – Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Cəbhə bölgəsindəki zabitlərin maaşlarının alınmasında problemlərin yaşanması ilə bağlı xəbərlər yalandır”. 

Bu sözlər Axar.az-ın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə göndərdiyi sorğuya verilən cavabda qeyd edilib. 

Mətbuat Xidməti cəbhədəki zabitlərimizin maaş təminatı ilə bağlı yayılan informasiyaların şayiə olduğunu bildirib: “Şayiədir. Hərbi qulluqçuların, o cümlədən cəbhə bölgəsində xidmət edənlərin pul təminatı tam həcmdə və vaxtında ödənilir”. 

Xatırladaq ki, sosial şəbəkələrdə cəbhədə xidmət edən zabitlərin əmək haqlarını almaqda problemlə qarşılaşdıqları haqqında informasiyalar bir neçə gündür yayılmaqdadır. Dünən saytımıza açıqlama verən Üzeyir Cəfərov artıq bununla bağlı tez-tez faktların gəldiyini və Maliyyə Xidmətini xəbərdar etdiyini, bu tip hadisələrin qarşısını almaqdan ötrü siyahı hazırladıqlarını bildirmişdi. Üzeyir Cəfərov siyahıya bəzi generalların da adının əlavə olunduğunu söyləmişdi. O, qısa müddət ərzində bu siyahını Hərbi Prokurorluğa verəcəyini qeyd etmişdi.

Qaynar.info