Xəbər lenti

Zabratda etiraz aksiyası
Ölkə07:32 12.03.2013

Zabratda etiraz aksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zabrat Kürdəxanı Məhəmmədi yolunda bu gün səhər saatlarından etibarən bir qrup sakin etiraz aksiyası keçirib.

Sakinlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, etiraza səbəb adıçəkilən ərazidə yüksək gərginlikli elektrik xəttinin çəkilməsidir.

Qeyd edək ki, həmin ərazidə 20-yə yaxın ailə məskunlaşıb. Sakinlər evlərinin sənədlərinin qanuni olduğunu bildirir. Bunun müqabilində həmin ərazidən başqa yerə köçmələri üçün onlara pul ödənilməsini tələb edirlər. Amma aidiyyatı qurumlar onlara evləri üçün pul verməyəcəklərini bildiriblər. Hazırda etiraz mitinqi davam edir. Polis sakinləri ərazidən uzaqlaşdırmaq istəyir.

Qaynar.info