Xəbər lenti

Zahid Oruc ədliyyə nazirini hesabata çağırdı
Ölkə10:18 22.11.2013

Zahid Oruc ədliyyə nazirini hesabata çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Milli Məclisin 22 noyabr iclasında danışan deputat Zahid Oruc hüquqi şəxslərin qeydiyyatı probleminə toxunub.

“Media forum” saytının məlumatına görə, deputat deyib: “İllərdir elə təşkilatlar var ki, qeydə alınmırlar. Bəzilərinin qeydiyyata alınması çox yubadılır. Hüquqi  şəxsin qeydiyyata alınması niyə bu qədər gecikdirilir? Bu məsələlərə yenidən baxılmasını istəyirəm. Lazım gəlsə, ədliyyə nazirini parlamentə dəvət etmək lazımdır ki, bizə bu təşkilatların qeydiyyatının nə üçün yubandığını bildirsin”.

Qaynar.info