Xəbər lenti

Zakir Fərəcov qaziyə vəzifə verdi (FOTO)
Ölkə10:35 19.02.2021

Zakir Fərəcov qaziyə vəzifə verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdir təyin olunub.
Qaynarinfo APA-ya istindən xəbər verir ki, bu vəzifəyə Tərlan Əziz oğlu Hacızadə təyin olunub.
Qeyd edək ki, Tərlan Hacızadə 1971-ci ildə Sumqayıt şəhərində anadan olub.
O, 1993-cü ildə Ağdərə rayonu Madagiz yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşdə mina partlayışı zamanı ağır yaralanıb. II qrup Qarabağ əlilidir.