Xəbər lenti

Zakir Fərəcovdan Xaləddin İsgəndərova 3500 hektarlıq zərbə
Ölkə09:11 22.07.2016

Zakir Fərəcovdan Xaləddin İsgəndərova 3500 hektarlıq zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi rayonunun balansında olan və ümumilikdə 3500 hektar əraziyə malik Novxanı, Fatmeyi və Goradil qəsəbələri Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilib.
"Qaynarinfo.Az" aznews.az-a istinadən xəbər verir ki, sözügedən qəsəbələrin taleyi ilə bağlı qərarı bu günlərdə verilib. Verilən məlumata görə, hazırda hər üç qəsəbədə aparılan tikinti işlərinə bir aylıq məhdudiyyət qoyulub. Bu da sözügedən ərazilərdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına verilən qeyri-qanuni “icazələr”in araşdırılması ilə bağlıdır. Daha çox dəbdəbəli bağ evlərinin tikintisinin aparıldığı bu ərazilərdə insanlardan külli-miqdarda pul alındığı söylənilir. 
Qeyd edək ki, 1 ay əvvəl Novxanı qəsəbəsinin Sumqayıt tərəfinə vurulan “Sumqayıta xoş gəlmisiniz” giriş tablosunun Xaləddin İsgəndərov tərəfindən bulduzerlərlə sökdürmüşdü və bu da qalmaqala səbəb olmuşdu. 
Qaynarinfo.Az