Xəbər lenti

Zakir Həsənov Ağdamda
Ölkə07:30 04.08.2014

Zakir Həsənov Ağdamda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə naziri Goranboydan Ağdama gedib

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi hərbi helikopterlərdə cəbhənin ön xəttindəki vəziyyətlə tanış olmaq üçün Ağdam rayonuna gəliblər. 

Musavat.com-un bölgədə olan reportyorunun verdiyi xəbərə görə, o, zonaya gələn helikopterləri müşahidə edərək şəklini çəkib, həm də yerli hərbçilərdən müvafiq məlumat alıb.

Qeyd edək ki, bundan əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənov Goranboy rayonunda cəbhə xəttində olub.

APA-nın cəbhə xəttinə ezam olunmuş əməkdaşının məlumatına görə, ön xəttə baş çəkən nazir şəxsi heyətlə görüşüb, vəziyyətlə tanış olub. 

Z. Həsənov düşmənin son günlər intensivləşən hücumlarını dəf edərkən fərqlənən hərbçiləri təltif edib.  

Qaynar.info