Xəbər lenti

Zakir Həsənov baş redaktoru istefaya göndərdi
Ölkə14:03 17.02.2014

Zakir Həsənov baş redaktoru istefaya göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinə məxsus "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən azad edilərək istefaya göndərilib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq əmr müdafiə naziri polkovnik-leytenant Zakir Həsənov tərəfindən hələ yanvarın 30-da imzalanıb. Əmrdə qəzetin baş redaktorunun xəstəliyi ilə əlaqədar vəzifəsindən azad edilərək ehtiyata göndərildiyi bildirilir.

Hələlik qəzetin baş redaktoru vəzifəsinə təyinat olmayıb.

Faktı Müdafiə Nazirlyinin mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, polkovnik-leytenant İ.Rüstəmov bir müddət əvvəl hərbi hospitalda müalicə olunurdu.

Qaynar.info