Xəbər lenti

Zakir Həsənov cəbhədə tikilən yeni hərbi şəhərcikdə - FOTOLAR
Ölkə14:00 11.05.2016

Zakir Həsənov cəbhədə tikilən yeni hərbi şəhərcikdə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti bu gün cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Bu barədə Qaynarinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

Qaynarinfo.az