Xəbər lenti

Zakir Həsənov daha bir kadrla vidlaşdı
Ölkə06:24 11.11.2013

Zakir Həsənov daha bir kadrla vidlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni müdafiə naziri Zakir Həsənovun kadr islahatları davam edir.

Qaynar.info xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, bu dəfə nazirliyin mətbu orqanı olan “Azərbaycan ordusu” qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmovvəzifəsindən kənarlaşdırılıb. Baş redaktorun işdən azad edilməsi ilə bağlı əmr hələlik imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib.

İbrahim Rüstəmov bu barədə AzNews.az-a açıqlamasında “Azərbaycan ordusu” qəzetində fəaliyyətinin davam etdirdiyini bildirib. Hazırda hospitalda olduğunu deyən baş redaktorun sözlərinə görə, işdən azad olunacağı ilə bağlı ona heç bir məlumat verilməyib.

Məsələ ilə bağlı Müdafiə Nazirlyinidən əldə etdiyimiz məlumata görə isə, İ.Rüstəmovun hospitalda müalicə kursu yaxın günlərdə başa çatacaq.

Məlumata görə bundan sonra İ.Rüstəmovun öz xahişi ilə işdən azad edilmək barədə ərizəsi alınacaq.

Qaynar.info