Xəbər lenti

Zakir Həsənov generalın istefasını qəbul etmədi
Ölkə16:34 12.11.2013

Zakir Həsənov generalın istefasını qəbul etmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun təqaüdə çıxmaq haqda ərizəsi nazir Zakir Həsənov tərəfindən qəbul edilməyib.

Avropa.info-nun Müdafiə Nazirliyindəki mənbədən aldığı məlumata görə, bir neçə gün öncə idarə rəisi  rəsmi ərizə ilə nazirə  müraciət etsə də , Zakir Həsənov  onunla  işləmək istədiyini bildirib. Mənbə bildirir ki, Ramiz Nəcəfovu bu addımı atmağa yeni nazirin apardığı kadr islahatları  sövq edib. Zakir Həsənovun kadr islahatlarının ondan da yan keçməyəcəyini düşünən general özü işdən azad olunmaq qərarına gəlib.

Lakin gözləmədiyi halda  yeni nazir onun işində qalmasını istəyib.

Mənbə qeyd edir ki, Ramiz Nəcəfov hələ Səfər Əbiyevin nazir olduğu dönəmlərdə də təqaüdə getmək üçün ərizə ilə müraciət edibmiş. Lakin keçmiş nazir də onun istefasını qəbul etməyib.

Qaynar.info