Xəbər lenti

Zakir Həsənov Hərbi Qospitalda
Ölkə08:39 23.11.2013

Zakir Həsənov Hərbi Qospitalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalının fəaliyyəti ilə maraqlanıb.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında olub.

Hospitalın şəxsi heyəti və orada müalicə alan hərbçilərlə görüşən nazir hospitalın fəaliyyəti ilə yaxından maraqlanıb.

Nazir həmçinin səhra şəraiti üçün nəzərdə tutulan hərbi çadırlara da baxış keçirib.
 
Z. Həsənovun bu gün Müdafiə Nazirliyinin tabeliyində olan digər səhiyyə müəssisələrinə də baş çəkəcəyi bildirilir.

Qaynar.info