Xəbər lenti

Zakir Həsənov işğaldan danışdı
Ölkə09:24 05.12.2013

Zakir Həsənov işğaldan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə naziri ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Dövlət Katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini cənab Erik Rubini qəbul edib. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, qonaq müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə səmərəli davam etdiyini bildirən müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu və bundan sonrakı fəaliyyətlərin inkişaf persektivlərini də qeyd edib.

Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq, regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə də toxunub.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar da iştirak edib.


Qaynar.info