
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 17 Noyabr - Milli Dirçəliş Günü münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinni təbrik edib. Qaynar.info xəbər verir ki, nazir orduya müraciətində bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağını bildirib.
"İnanıram ki, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndidə və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandıracaqsınız. Sizin hər birinizə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram" deyə təbrikdə qeyd olunub.
Qaynar.info