Xəbər lenti

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü
Ölkə15:18 10.09.2021

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı  vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sonra general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.