Xəbər lenti

Zakir Həsənov təlimlərə başladı: Qırıcılarımız havada!
Ölkə08:07 13.11.2014

Zakir Həsənov təlimlərə başladı: Qırıcılarımız havada!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb. 

Qaynar.info xəbər verir ki, təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsının təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Təlim 3 mərhələdə həyata keçiriləcək.

Təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq.

Təlimlər noyabrın 17-dək davam edəcək.

Qaynar.info